Nazim Süleymanov: Bu, məni üzdü
07.08.2010 - 23:23
"Komandamız hesabda 3:0 irəli çıxandan sonra hamı asan qələbə qazanacağımızı düşünürdü. Lakin futbol 90 dəqiqə oynanılır”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
O, “Bakı” ilə Unibank Premyer Liqasının ilk turundan sonra keçirilən mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “Üç top vurandan sonra qapımızdan iki qol buraxmağımız məni üzdü. Futbolçularımıza hesabda irəli olarkən daha rahat oynamağı aşılamaq lazımdır. İlk oyunda həmişə çətin olur, komandama qələbəyə görə təşəkkür edirəm, futbolçularımı təbrik edirəm. "Bakı" mənim üçün doğma klubdur, biz yalnız meydanda rəqib ola bilərik".
Qeyd edək ki, ikinci hissənin əvvəllərində hesabı 3:0-a çatdıran AZAL “Bakı”nı 3:2 hesabı ilə məğlub edib.

0
0