Vinfred Şafer: Hamı başa düşməlidir ki, futbol oynamaq lazımdır
07.08.2010 - 23:26
"Futbolçularımla bir neçə gün əvvəlki söhbətimdə onlara demişdim ki, ilk oyunda bizə çətin olacaq. Çempionat yalnız 5 komandadan ibarət deyil, digərləri də var gücü ilə mübarizə aparırlar”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Unibank Premyer Liqasında debütü AZAL-la oyuna təsadüf edən almaniyalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransına qatılıb. Şafer 2:3 hesablı məğlubiyyətin səbəblərini də açıqlayıb: “İlk hissədə oyun əsasən mərkəzdə getdi, çoxlu səhvlərimiz oldu, rəqib müdafiəsinə lazımınca pressinq tətbiq edə bilmədik. Eyni səhvlərdən qapımızda qol gördük. Heç-heçəyə nail ola bilərdik. Hamı başa düşməlidir ki, futbol oynamaq lazımdır. Buraxılan toplarda qapıçını günahlandırmaq istəməzdim, komanda meydanda 11 nəfərlə mübarizə aparır".
Qeyd edək ki, Şaferin yetirmələri yalnız 3 qol buraxandan sonra bu rəqib qapısına yol taparaq fərqi minimuma qədər azaldıblar.

0
0