“Borussiya” “Qarabağ”la oyuna qalib çıxacaq
07.08.2010 - 23:09
Avropa Liqasının IV təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq Almaniya təmsilçisi “Borussiya” yeni mövsümün hazırlıqlarını başa vurub. Apasport.az saytının məlumatına görə, dortmundlular son yoxlama oyununda “Arminiya” ilə üz-üzə gəliblər. “Borussiya” bu matçda 2:0 hesablı qələbəyə sevinib. Dortmund təmsilçisinin qollarını Sebastyan Kel və Şinci Kaqava vurublar.
Qeyd edək ki, “Borussiya” ilə “Qarabağ” arasında oyunlar avqustun 19-da və 26-da keçiriləcək.
Qeyd edək ki, “Borussiya” ilə “Qarabağ” arasında oyunlar avqustun 19-da və 26-da keçiriləcək.
0
0