Ölkə çempionatında yeni mükafat
08.08.2010 - 14:21
Ölkə çempionatında yeni mükafat
Futbol üzrə ölkə çempionatının bombardirinə verilən mükafata yeni ad verilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən başlayaraq Uruqvay milli çempionatın ən məhsuldar futbolçusu Dieqo Forlan mükafatını qazanacaq. Bu qərarı verən yerli futbol assosiasiyası hücumçunun adının əbədiləşdirilməsi üçün belə addım atıb.

Qeyd edək ki, Forlan 2010-cu ildə keçirilən dünya çempionatının final mərhələsinin ən yaxşı oyunçusu olmaqla Uruqvay yığmasının yarımfinala kimi irəliləməsinə töhfə vermişdi.