Ölkə çempionu darmadağın oldu
08.08.2010 - 13:41
Ölkə çempionu darmadağın oldu
Türkiyə Superkubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Trabzonspor” klubu mükafatın qalibi adını qazanıb. Şenol Günəşin yetirmələri Superkuboka son ölkə çempionu “Bursaspor”la görüşdə yiyələniblər. Trabzonlular bu qarşılaşmada rəqibini darmadağın ediblər – 3:0. Matçın taleyini 3 qol vuran Teofilo Qutyerres həll edib. Kolumbiyalı hücumçu ikinci hissədə, cəmi 17 dəqiqəyə (55, 62 və 72-ci dəqiqələr) het-trikə imza atıb.

Qeyd edək ki, tarixində 8-ci dəfə Superkuboku qazanan “Trabzonspor” 15 illik fasilədən sonra bu mükafata sahib çıxıb.