Unibank Premyer Liqasının 3 futbolçusu mükafatlandırıldı
08.08.2010 - 17:23
Unibank Premyer Liqasının 3 futbolçusu mükafatlandırıldı
"Gəncə" klubunun 3 futbolçusu mükafatlandırılıb. Apasport.az saytının məlumatına görə, Qərb təmsilçisinin fan-klubu komandalarının ötən mövsüm üçün ən yaxşı oyunçularını müəyyənləşdirib. Klubun adını daşıyan azarkeş təşkilatı Mətləb Məmmədov, İbrahim Hüseynov və Şahin Kərimovun Premyer Liqaya vəsiqə qazanılmasında daha çox rolu olması qənaətinə gəlib. "Gəncə" - "Simurq" oyununun fasiləsində keçirilmiş mərasimdə onlara xüsusi diplomlar təqdim edilib.

Qeyd edək ki, ötən mövsüm birinci divizionda mübarizə aparan “Gəncə” yarışın yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanıb.

Mənbə: pfl.az