Sakit Alıyev: Müdafiə çox zəifdir, orta sahədə boşluqlar var
08.08.2010 - 19:48
Sakit Alıyev: Müdafiə çox zəifdir, orta sahədə boşluqlar var
“Çempiona qarşı oynayırdıq. Müdafiə xətti çox zəif təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.

O, “İnter”lə Unibank Premyer Liqasının ilk turunun oyunundan sonra təşkil olunan mətbuat konfransında məğlubiyyətin səbəblərini açıqlayıb: “Oyunu əks-hücumlar üzərində qurmuşduq. Orta xətdə boşluqlar olduğunu görə bunu istədiyimiz şəkildə həyata keçirə bilmədik”.

Qeyd edək ki, “Turan”ın baş məşqçi postuna qayıdan Alıyevin dönüşdən sonra ilk matçında komandası 0:3 hesabı ilə uduzub.