Kaxaber Sxadadze: Tovuzda oynamaq həmişə çətin olur
08.08.2010 - 20:06
“Qələbə münasibətilə ilk növbədə uşaqları təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Unibank Premyer Liqasına Tovuzda qazanılan qələbə ilə başlayan bakılıların gürcüstanlı çalışdırıcısı “Turan”la oyundan sonrakı mətbuat konfransında yetirmələrini tərifləyib: “Tovuzda oynamaq həmişə çətin olur. Buna baxmayaraq qələbə qazanmağı bacardıq. Birinci hissədə 3 qol vurduq. Lakin xeyli epizodda da imkanları boşa verdik. Futbolu 90 dəqiqə oynamaq lazımdır. Bunu uşaqlara demişəm. Hava isti olsa da, ümumilikdə yaxşı oynadıq”.
Qeyd edək ki, “İnter” oyunun ilk 17 dəqiqəsində vurduğu qollarla “Turan” üzərində 3:0 hesablı qələbə qazanıb.

0
0