“Komandamızın çatışmazlıqlarını gördük”
08.08.2010 - 20:18
“Komandamızın çatışmazlıqlarını gördük”
"MOİK klubunu qələbə münasibəti ilə təbrik edirəm. İlk oyunumuz idi, çətin olacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç deyib.

Unibank Premyer Liqasının ilk turunda MOİK-ə uduzan yetirmələrindən o qədər də narazı qalmayan çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında oyunu dəyərləndirib: “Məğlubiyyətə baxmayaraq qarşıdakı oyunlarda daha yaxşı çıxış etməyə çalışacağıq. Komandamızın çatışmazlıqlarını görə bildik".

Qeyd edək ki, “Muğan” oyunun gedişində 2:1 hesabı ilə irəlidə olsa da 3:2 hesabı ilə uduzub.