Ramil Əliyev: Bunu qarşımıza məqsəd qoymuşduq
08.08.2010 - 20:24
Ramil Əliyev: Bunu qarşımıza məqsəd qoymuşduq
“Unibank Premyer Liqasının ilk oyununda qələbə qazanmağı qarşımıza məqsəd qoymuşduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Ölkə çempionatının ilk turunda “Muğan”a qalib gələn “hərbçilər”in gənc çalışdırıcısı qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında nəticədən məmnunluğunu açıqlayıb: “Sevinirik ki, məqsədimizə nail olduq. Buna görə komandanı qələbə münasibəti ilə təbrik edirəm. "Muğan" klubuna uğurlar arzulayıram".

Qeyd edək ki, MOİK Unibank Premyer Liqasına 3:2 hesablı qələbə ilə başlayıb.