Qurban Qurbanov: Əvvəlki oyunun yorğunluğu hələ hiss olunur
08.08.2010 - 23:04
Qurban Qurbanov: Əvvəlki oyunun yorğunluğu hələ hiss olunur
"Neftçi" ilə oyunun bizim üçün ağır keçəcəyini bilirdik. Çempionat oyunları avrokuboklardan fərqli olur.”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O, Unibank Premyer Liqasına “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında qarşılaşma haqqında fikirlərini açıqlayıb. 38 yaşlı mütəxəssis ilk turda 2 xal itirməklərini öz səhvləri ilə bağlayıb: “Adi epizodda səhv buraxdıq, qapımızda qol gördük. Əldə etdiyimiz üstünlüyü sonadək qoruya bilmədik. Əvvəlki oyunun yorğunluğu hələ hiss olunur".

Qeyd edək ki, “Qarabağ” “Neftçi” ilə səfər oyununda hesabı açsa da meydan sahibləri bərabərlik qolunu vurublar – 1:1.