Arif Əsədov: Futbolçularda həyəcan və stress var idi
08.08.2010 - 23:08
"İlk oyunumuzu Azərbaycanın ən güclü komandasına qarşı keçirdik. Futbolçularda həyəcan və stress var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.
Gənc mütəxəssis Unibank Premyer Liqasının ilk turunun “Qarabağ”la oyununun nəticəsindən razı qalıb. Əsədov bunu qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında açıqlayıb: “Hesabda geri düşsək də, lazımi əvəzləmələrlə qolu vura bildik. Fikrimcə, hesab oyuna görə oldu. "Qarabağ"a Avropa Liqasında uğurlar arzulayıram".
Qeyd edək ki, bakılılar öz meydanında rəqibini məğlub edə bilməyərək (1:1) mövsümə 2 xal itkisi ilə başlayıb.

0
0