“Xəzər Lənkəran” və “Neftçi”nin sabiq oyunçuları bir arada
09.08.2010 - 08:39
Azərbaycan Premyer Liqasında oynamış iki futbolçu özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, ötən mövsüm “Xəzər Lənkəran”ın şərəfini qoruyan Tihon Şişov və “Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov bundan sonra eyni komandada oynayacaqlar. Belə ki, Estoniya yığmasının futbolçuları Tallinin “Levadiya” klubuna qayıtmağa qərar veriblər. Ölkəsinin son çempionu olan komanda da sabiq futbolçularının yenidən sıralarında görməkdə maraqlıdır. Paytaxt təmsilçisi artıq Vladimirlə müqavilə də imzalayıb.
Qeyd edək ki, Tihon və Vladimir Azərbaycan çempionatının son mövsümünün yalnız ikinci dövrəsində çıxış edib.
Qeyd edək ki, Tihon və Vladimir Azərbaycan çempionatının son mövsümünün yalnız ikinci dövrəsində çıxış edib.
0
0