Berti Foqts Küveytlə yoldaşlıq oyunu üçün heyəti açıqladı
09.08.2010 - 11:06
Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın baş məşqçisi Berti Foqts avqustun 11-də Küveytlə keçiriləcək yoldaşlıq matçına 22 futbolçu çağırıb. Bu futbolçular sırasında Avroliqada uğurlu çıxış edən “Qarabağ”ın üzvləri üstünlük təşkil edir. Foqts bu dəfə də 2 legionerin köməyinə ehtiyac duyub. Ərəblərlə oyunda Rusiyanın “Anji”dən Mahir Şükürov və Hollandiyanın “Tvente”dən Vaqif Cavadov da forma geyinmək şansı qazanıblar.
Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Kamran Ağayev (“Xəzər Lənkəran”), Səlahət Ağayev (“İnter”)
Müdafiəçilər: Rəşad Sadıqov, Maksim Medvedev, Samir Abasov (hamısı “Qarabağ”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Mahir Şükürov (“Anji”, Rusiya)
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Elvin Məmmədov, Əfran İsmayılov (hamısı “Qarabağ”), Amit Quluzadə, Ruslan Əmircanov, Cavid Hüseynov (hamısı “Neftçi”), Aleksandr Çertoqanov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”)
Hücumçular: Rauf Əliyev (“Qarabağ”), Fərid Quliyev (“Neftçi”), Vaqif Cavadov (“Tvente”, Hollandiya).
Qeyd edək ki, Küveytlə Bakıda Tofiq Bəhrəmov adına stadionda keçiriləcək oyun saat 21:00-da start götürəcək.

0
0