Deku “Çelsi”dən ayrıldı
09.08.2010 - 11:40
“Çelsi” klubunu daha bir futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun yarımmüdafiəçisi Deku bundan sonra Braziliya “Fluminense”sinin şərəfini qoruyacaq. Portuqaliya yığması ilə Avropa çempionu olan futbolçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Braziliyada anadan olan Deku 2002-ci ildə Portuqaliya vətəndaşlığını qəbul edib. 33 yaşlı yarımmüdafiəçi “Portu” və “Barselona” klublarında da çıxış edib və 2 dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.

0
0