Milli komandamız Qazaxıstanla qarşılaşacaq
09.08.2010 - 13:12
17 yaşadək futbolçulardan ibarət milli komandamız beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Adil Şükürovun yetirmələri ənənəvi olaraq hər il təşkil olunan Palanqa turnirinə qatılacaqlar. Litvada keçirilən turnirin oyunları avqustun 24-də başlayacaq.
Artıq qrupların tərkibi və yarışın təqvimi də müəyyənləşib. A qrupunda yer alan millimiz Qazaxıstan, Belarus və Litvadan olan həmyaşıdları ilə qarşılaşacaq. Turnirin ilk günündə Qazaxıstan futbolçuları ilə üz-üzə gələcək Şükürovun yetirmələri ertəsi gün Belarusla münasibəti aydınlaşdıracaq. Qrup mərhələsindəki sonuncu oyun avqustun 27-də baş tutacaq. Azərbaycan yığması həmin gün meydan sahibləri ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız əvvəllər də dəfələrlə Palanqa turnirində iştirak edib.

0
0