Təbriz Həsənov 7 legioneri yoxlayır
09.08.2010 - 13:31
Təbriz Həsənov 7 legioneri yoxlayır
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Sumqayıt şəhərində keçirəcək təlim-məşq toplanışında baş məşqçi Təbriz Həsənov 30 yeniyetməni sınaqdan keçirəcək. Avqustun 10-da start götürəcək hazırlıqda 7 legioner də iştirak edəcək.

Qeyd edək ki, Sumqayıtda təlim-məşq toplanışına avqustun 15-də yekun vurulacaq.

U-16-nın heyəti

Ruslan Abdullayev (“İnter” Moskva, Rusiya), Seyran Məmmədov (“Krılya Sovetov” Rusiya), Nurlan Musayev (“Dinamo” Stavropol, Rusiya), Vəkil Talıbov (“Akademiya Konopleva”, Rusiya), Nurlan Şiriyev (“Rostov”, Rusiya), Kənan Manafov, Əyyub Əliyev (hər ikisi “Neftçi”), Sadiq Quliyev (“MKT-Araz”), Şikar Abbasov (“Gəncə”), Elman Rəsulov, Siyamək Məmişov, Nurlan Əhmədov, Emil Həşimov (hamısı “Qarabağ”), Əziz Qasımov, Namiq Ələsgərov, Kamran Abdullazadə (hər üçü “Bakı”), Əli Həsənli (“Vətən”), Polad Mirzəzədə (“Xəzər Lənkəran”), İlkin Abbasov, Tural Məmmədov, Şirməhəmməd Məmmədov, Elvin Camalov, Coşqun Diniyev (hamısı “Qəbələ”), Rauf Əliyev, Mansur Nəhavəndi, Fuad İslamzadə, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Kabir Qurbanov (“Harg” BK, İsveç) və Oqtay Bağırbəyov (“Bodens” BK FF, İsveç).

Mənbə: affa.az