Berti Foqts 21 nəfərlə qaldı
09.08.2010 - 13:54
Berti Foqts 21 nəfərlə qaldı
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts avqustun 11-də keçiriləcək Küveytlə yoxlama oyunu üçün açıqlanan heyətdə məcburi dəyişiklik etməyə məcbur olub. Buna Unibank Premyer Liqasının “Neftçi” ilə oyununda “Qarabağ”ıın yarımmüdafiəçisi Əfran İsmayılovun zədələnməsi səbəb olub. Cərrahiyyə əməliyyatına məruz qalmalı olan və 6 aylıq futboldan uzaq düşməsi gözlənilən yarımmüdafiəçinin adı 22 nəfərlik siyahıdan kənarlaşdırılıb. Hələlik onun əvəzinə oyunçu dəvət etməyə ehtiyac görməyən Foqts ərəblərlə matça 21 oyunçunu hazırlayacaq.

affa.az