Tofiq Zeynalov: Turan”ın gələcəkdə daha da yaxşı oynayacağına inanıram
09.08.2010 - 14:03
Tofiq Zeynalov: Turan”ın gələcəkdə daha da yaxşı oynayacağına inanıram
“Həm Azərbaycan futbolunu, həm də “Turan” klubunu sevirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov deyib. Unubank Premyer Liqasının ilk matçında “İnter”i qəbul edən “Turan” çempionata məğlubiyyətlə başlayıb. Gənclərdən qurulmuş komanda son ölkə çempionu ilə mübarizədə qapısından 3 cavabsız top buraxıb. Oyunla bağlı fikirlərini açıqlayan icra başçısı qarşıdakı oyunlarda “Turan”ın daha yaxşı çıxış edəcəyınə inandığını bildirib: “Komanda pis oynamadı. Onların gələcəkdə daha da yaxşı çıxış edəcəklərinə inanıram”.

Qeyd edək ki, Sakit Alıyevin yetirmələri II turda Bakıda AZAL-la oynayacaq.