Georgi Adamiya yeni rekordunu müəyyənləşdirdi
09.08.2010 - 14:13
Georgi Adamiya yeni rekordunu müəyyənləşdirdi
Ağdamın “Qarabağ” klubunun futbolçusu Georgi Adamiya üçün Unibank Premyer Liqasının ilk turu əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatları tarixinin yeni rekordunu müəyyənləşdirib. Gürcüstanlı futbolçu ölkə çempionatında ən çox oyun keçirən legioner olub.

Belə ki, Bakının “Neftçi” klubu ilə qarşılaşma Adamiya üçün Premyer Liqada 133-cü oyun olub. Azərbaycanda 5 il yarım əvvəl məhz paytaxt təmsilçisində debüt edən Georgi mövsümün startına qədər rekordun şəriki idi. O, artıq əfsanəyə çevrilən həmyerlisi Badri Kvaratsxeliya ilə eyni sayda – 132 matçın iştirakçısı olmuşdu. Dünənki görüşdə isə Adamiya mütləq rekorda yiyələnib.

Qeyd edək ki, Badri Azərbaycanda 2, Georgi 3 klubun formasını geyib.

Badri Kvaratsxeliya

1997/98

“Kəpəz”

22

20

1998/99

“Şəmkir”

31

14

1999/2000

“Şəmkir”

21

16

2000/01

“Şəmkir”

15

7

2001/02

“Şəmkir”

21

7

2003/04

“Şəmkir”

11

5

2004/05

“Şəmkir”

11

2

Cəmi

 

132

71



Georgi Adamiya

2004/05

“Neftçi”

17

7

2005/06

“Neftçi”

24

3

2006/07

“Neftçi”

20

10

2007/08

“Neftçi”

25

9

2008/09

“Neftçi”

8

0

2008/09

“Bakı”

12

2

2009/10

"Bakı"

16

0

2009/10

"Qarabağ"

10

4

2010/11

"Qarabağ"

1

0

Cəmi

 

133

35



Vüqar XEYRULLAYEV