Ərəblərlə oyuna 4 məşqlə
09.08.2010 - 14:27
Avqustun 11-də Küveyt milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan yığmasının hazırlıq planı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Berti Foqts matça qədər yetirmələrinə 4 məşq keçəcək. Futbolçularımız bu gün və sabah saat 17:45-də, oyun günü isə saat 10:15-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionuna çıxacaqlar. Sabaha planlaşdırılan səhər məşqi ərəblərlə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 10:00-da başlayacaq hazırlıq mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, Azərbaycan – Küveyt oyunu saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan – Küveyt oyunu saat 21:00-da başlayacaq.
0
0