“İnter”in baş məşqçisi “Gəncə”nin buraxdığı qola sevinib
09.08.2010 - 14:49
“İnter”in baş məşqçisi “Gəncə”nin buraxdığı qola sevinib
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Unibank Premyer Liqasının I turunun açılış matçında “Gəncə”nin qapısına vurulan qola sevinib. Apasport.az saytının məlumatına görə, buna 42 yaşlı çalışdırıcının “Simurq”da çıxış edən oğlu Baçana səbəb olub. Belə ki, gənc futbolçu mövsümün ilk qolunun müəllifi olmaqla atasına sevinc bəxş edib: “Ata kimi çox şadam. Qollarının ardının gəlməsini arzulayıram”.

Qeyd edək ki, Sxadadzenin qolu “Simurq”a qələbə gətirməyib. Gəncəlilər hesabda geri düşdükləri oyunda 1 xal qazana biliblər – 1:1.