Növbəti mərhələ üçün 2 stadion
09.08.2010 - 14:55
Növbəti mərhələ üçün 2 stadion
17 yaşadək futbolçulardan sonra 19 yaşa kimi Azərbaycan yığmasının da Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunların başlanma vaxtı və stadionları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Portuqaliya və Gürcüstan milli komandalarını Bela Vista, Yunanıstan futbolçuları ilə Laqos stadionunda qüvvəsini sınayacaqlar.

11 oktyabr
Saat 19:00. Portuqaliya – Azərbaycan
Parçal. Bela Vista stadionu

13 oktyabr
Saat 19:00. Yunanıstan – Azərbaycan
Laqos. Laqos stadionu

16 oktyabr
Saat 19:00. Azərbaycan – Gürcüstan
Parçal. Bela Vista stadionu

Qeyd edək ki, Bakı vaxtı ilə bütün matçlarına saat 19:00-da çıxacaq yığmamızın yer aldığı 3-cü qrupun oyunları Portuqaliyada təşkil ediləcək.