9 futbolçu “Neftçi”dən ayrıldı
09.08.2010 - 16:21
9 futbolçu “Neftçi”dən ayrıldı
Unibank Premyer Liqasının II turuna hazırlığa start verən Bakının “Neftçi” klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən titullu klubunun 9 futbolçusu komandanın düşərgəsini tərk edib. Buna onların milli komandalara dəvət olunması səbəb olub.

Belə ki, Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Fərid Quliyev və Amit Quluzadəni Azərbaycan millisinə göndərən bakılılar İqor Mitreski ilə Slavço Georgievskinin Makedoniya, Paulius Qribauskasın Litva yığmasına yollanıblar. Bundan sonra sərəncamında azsaylı futbolçu qalan baş məşqçi Arif Əsədov yalnız onlardan yararlanmaq məcburiyyətində qalıb

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” oyunu avqustun 15-də keçiriləcək.