“Mançester Yunayted”in futbolçusu “Qəbələ”nin baş məşqçisinə pərəstiş edir
09.08.2010 - 17:09
“Uşaq vaxtı “Arsenal”a azarkeşlik edə-edə böyümüşəm. Bu komandanın əfsanəsi olan Toni Adams mənim kumirim olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Kris Smollinq deyib.
Bu ilin yanvarında “Fulhem”dən transfer olunan 21 yaşlı müdafiəçi Böyük Britaniya mətbuatına verdiyi müsahibədə “Qəbələ”nin baş məşqçisi Toni Adamsın futbolçu vaxtlarını xatırlayıb: “Mən Adamsı sevirdim. Çünki o çox aqressiv mərkəz müdafiəçisi idi. Mən onun bir sıra oyun keyfiyyətlərini mənimsəməyə çalışıram. Mən “Arsenal”ın oyunundan zövq alırdım. Li Dikson və Martin Keounun oyununu da bəyənirdim. Lakin Adamsın yeri tam fərqli idi”.
Qeyd edək ki, Smollinq İngiltərənin 21 yaşadək futbolçulardan ibarət yığmasının üzvüdür.

0
0