Vasif Əliyev: Onun rəhbərliyi altında məşqdən-məşqə artırdığımızı hiss edirik
09.08.2010 - 17:30
“Kollektiv yeni qurulur. Gənc, istəkli, 90 dəqiqə boyu mübarizə aparmağı sevən komandamız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un yarımmüdafiəçisi Vasif Əliyev deyib. Unibank Premyer Liqasının I turunda “Gəncə” ilə görüşdə oyunun qəhrəmanlarından olan 24 yaşlı futbolçu bildirib ki, növbəti oyunlarda daha yaxşı oynayacaq, qarşıya qoyulan məqsədlərə çatmağa çalışacaqlar: "Baş məşqçimiz Qyoko Hacıyevski olduqca təcrübəlidir və onun rəhbərliyi altında məşqdən-məşqə artırdığımızı hiss edirik. Bunun sayəsində təcrübəli oyunçulardan qurulmuş rəqibə qarşı layiqli mübarizə apardıq. Gəncədən apardığımız 1 xal bizim üçün 3 xala bərabərdir. Amma bununla kifayətlənmək fikrində deyilik. Hər ötən tur daha məzmunlu futbol göstərməyə və nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq. Hamımız qarşımıza qoyduğumuz məqsədlərə çatacağımıza inanırıq”.
Qeyd edək ki, “Gəncə” və “Simurq” arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb və Baçana Sxadadzenin ev sahiblərinin qapısına vurduğu qolun ötürməsini Vasif Əliyev edib.
Qeyd edək ki, “Gəncə” və “Simurq” arasında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb və Baçana Sxadadzenin ev sahiblərinin qapısına vurduğu qolun ötürməsini Vasif Əliyev edib.
0
0