“Doğma meydan və sadiq azarkeş amili bizə kömək edəcək”
09.08.2010 - 17:54
“Heyətimiz əsasən gənc futbolçulardan qurulub. Buna görə də müəyyən təcrübəsizlik, həyəcan hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un yeni kapitanı Rasim Ramaldanov deyib.
Ramaldanovun sözlərinə görə, Azərbaycan çempionatının ilk oyununda – “Gəncə” ilə birinci hissədə çıxışları daha uğurlu alınıb. Lakin son dəqiqələrdə müdafiəyə çəkilmələri qələbəni əldən vermələri ilə nəticələnib: “Birinci hissə ikincidən daha yaxşı alındı. Fasilədən sonra bir qədər yorulduq. Qələbənin əldən çıxmasında son dəqiqələrdə qapımıza “oturmağımız” səbəb oldu. Müdafiəyə böyük təzyiq düşdü, nəticədə rəqib səhvdən yararlanmağı bacardı. Hər iki komandanın fiziki durumuna isti hava da təsir etdi”.
Səfərdə xal itkisi ilə üzləşən “Simurq” II turu doğma divarlar arasında keçirəcək. Rəqib “Xəzər-Lənkəran” olsa da, Ramaldanov deyir ki, çətin oyundan layiqli nəticə ilə çıxmağa çalışacaqlar: “Birinci qarşılaşmada 1 xaldan razı qaldıq. Buna baxmayaraq, daha yaxşı nəticələr qazanmağa çalışmalıyıq. İndi qarşıda “Xəzər Lənkəran”la oyun var. Çox çətin oyun olacaq. Amma doğma meydan və sadiq azarkeş amili bizə kömək edəcək. Bu mövsüm Zaqatalada keçirəcəyimiz ilk matçda layiqli nəticə qazanmalıyıq ”.
Qeyd edək ki, “Simurq” və “Xəzər Lənkəran” arasında oyun avqustun 15-də keçiriləcək.

0
0