Ərəblər “Bakı”nın bazasını “ələ keçirdilər”
09.08.2010 - 23:01
Avqustun 11-də yoldaşlıq oyununda Azərbaycan milli komandasının rəqibi olacaq Küveyt yığması Bakıda ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan iki gün əvvəl şəhərimizə gələn ərəblər “Bakı” klubunun bazasında hazırlıq keçiblər. Havanın isti olmasına baxmayaraq belə şəraitə adət edən asiyalılar hər şeyin normal olduğunu hiss etdiriblər. Belə ki, yüksək əhval-ruhiyyədə məşq keçən qonaqlar Azərbaycana uduzmaq üçün gəlmədiklərini büruzə veriblər.
Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Küveyt qarşılaşmasının startı saat 21:00-da veriləcək.
Qeyd edək ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Küveyt qarşılaşmasının startı saat 21:00-da veriləcək.
0
0