Didi Konstantini: Onlar aşkar favoritdir
10.08.2010 - 09:19
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması növbəti yoxlama oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, Didi Konstantininin yetirmələri İsveçrə yığması ilə üz-üzə gələcək.
Avstriyalı mütəxəssis qarşılaşma ərəfəsində fikirlərini açıqlayıb: “İsveçrə yığması ilə oyun bizim üçün çox vacibdir. Bu matç sentyabrın 7-də Qazaxıstan və oktyabrın 8-də Azərbaycanla görüşlər ərəfəsində son sınaqdır. Buna görə də İsveçrə ilə qarşılaşmanın əhəmiyyəti böyükdür. Lakin bu matçın aşkar favoriti onlardır”.
Qeyd edək ki, oktyabrın 8-də keçiriləcək Avstriya – Azərbaycan oyunu Vyanada baş tutacaq.

0
0