Premyer Liqanın təqvimində ilk dəyişiklik
10.08.2010 - 11:02
Premyer Liqanın təqvimində ilk dəyişiklik
Unibank Premyer Liqasının 2010/11 mövsümünün təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, III turun "Gəncə" – AZAL qarşılaşmasının vaxtı dəyişdirilib.

Təqvimə əsasən, avqustun 22-də baş tutmalı olan görüş bir gün əvvəl ayın 21-də keçiriləcək. Peşəkar Futbol Liqasının belə qərar verməsinə klubların müraciəti səbəb olub. Belə ki, AZAL və "Gəncə" bununla bağlı quruma müraciət edərək matçın bir gün əvvəl baş tutmasını xahiş ediblər.

Qeyd edək ki, bu, 2010/11 mövsümünün təqvimində ilk dəyişiklikdir.

Mənbə: pfl.az