AFFA yalnız MOİK-i cəzalandırdı
10.08.2010 - 11:39
AFFA İntizam Komitəsinin növbəti yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Unibank Premyer Liqası, həmçinin əvəzedicilərin çempionatının ilk turunda yaşananlar müzakirə olunub. Əsas komandaların çempionatında yalnız bir klub cəzalanıb.
MOİK – “Muğan” matçında 5 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub. Bundan başqa, Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turu ilə bağlı da qərarlar çıxarılıb. “Gəncə” – “Simurq” matçının 39-cu dəqiqəsində meydandan qovulmaqla qonaqları azlıqda qoyan Laçın Şəkərov 1 oyunluq kənarlaşdırılıb və klub 100 manat cərimə olunub. MOİK – “Mugan” matçının 71-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan Fərid Mürsəlov 4 oyunluq cəzalanmaqla yanaşı, “hərbçilər”i 2000 manat ziyana salıb. Matçın 80-ci dəqiqəsində eyni hərəkətə görə (topsuz rəqibə ayaqla zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan komanda yoldaşı Ramid Nəsirovun da cəzası eyni olub.
Mənbə: affa.az

0
0