Mahir Şükürov: Ola bilsin ki, Küveytə qarşı oyunumuz alınmasın
10.08.2010 - 11:51
“Xeyli vaxtdır yığmanın düşərgəsində olmurdum. Hər şey yaxşıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” klubunda forma geyinən Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov deyib.
Dünəndən milli komandanın təlim-məşq toplanışına qatılan Şükürov qarşıdakı oyunla bağlı danışarkən, hələ meydana çıxıb-çıxmayacağını bilmədiyini vurğulayıb: “Küveytlə oyuna gəldikdə, hələ meydana çıxıb-çıxmayacağımı bilmirəm. Ola bilsin, baş məşqçi gənc futbolçulara güvənsin. Bizim əsas oyunumuz sentyabrın 7-də Kölndə Almaniyaya qarşı olacaq. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Küveytlə oyunda ancaq qələbəyə köklənmişik. Havadan da çox şey asılıdır. İsti hava ilə əlaqədar, ola bilsin, oyunumuz alınmasın. Bizə bütün futbolçuların oynaması lazımdır”.
Son vaxtlar “Qarabağ”ın və yığmamızın əsas oyunçusu Rəşad Sadıqovun Rusiyanın “Alaniya” klubundan təklif alması barədə xəbərlər yayılıb. Məsləyə münasibət bildirən Şükürov müdafiəçinin legioner həyatı yaşamasını istədiyini, ancaq bununla bağlı qərarı Rəşadın verəcəyini bildirib: “Əlbəttə, Rusiya ilə Azərbaycan klubları fərqli üslubda oynayırlar. Ona görə də, orada müəyyən qədər artırmaq olur. Rəşad Sadıqovla “Alaniya”nın maraqlanmasından xəbərdaram. Amma hər bir futbolçu karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarı özü verir. Mən də istərdim ki, Rəşad legioner həyatı yaşasın. Bunun yığmaya ancaq faydası olacaq”.

0
0