Azərbaycan yığması üçün seçmə mərhələ ərəfəsində “baş məşq”
10.08.2010 - 12:06
Sabah Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Küveytlə qarşılaşacaq. Bakıda baş tutacaq qarşılaşma yığmamız üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, bu matç Avro-2012-nin gələn ay start götürən seçmə mərhələsi ərəfəsində son sınaqdır.
Sentyabrın 7-də Almaniya millisi ilə görüşün “baş məşq”i olan sabahkı matç Foqts üçün heyətin müəyyənləşdirilməsi baxımından da rol oynayacaq. Elə futbolçular da Kölndəki oyunda Bundestimə qarşı oynamaq üçün indidən özlərini göstərməlidirlər. Yetirmələrinin son durumu ilə bir daha tanış olacaq almaniyalı mütəxəssis heyətin formalaşması ilə bağlı beynində hazırladığı model barədə məhz Küveytlə qarşılaşmadan sonra yekun qərar verəcək.
Ərəblərlə matç həm də iki seçmə mərhələ arasında olan dövrün bitməsi anlamına gələcək. DÇ-2010-na vəsiqə uğrunda mübarizəni dayandırdıqdan sonra artıq 7 yoxlama görüşü keçirən Foqtsun yetirmələri sabahkı matçla Avro-2012-nin seçmə mərhələsinə hazırlığını tamamlayacaq.
Yoldaşlıq oyunu
21:00. Azərbaycan - Küveyt
Baş hakim: Sergey Karasyov
Baş hakimin köməkçiləri: Vitali Drozdov, İlya Barışnikov (hamısı Rusiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

0
0