Sabah Azərbaycan milli komandası üçün yeni tarix yazılacaq
10.08.2010 - 12:26
Küveytlə keçiriləcək yoxlama oyununda Azərbaycan yığması üçün yeni tarix yazılacaq. Apasport.az saytının məlumatına görə, matçın keçiriləcəyi avqustun 11-i millimiz üçün yeni tarixdir. Belə ki, komandamız heç vaxt həmin gün meydana çıxmayıb.
Millimiz indiyədək 15 dəfə avqust ayında oyun keçirsə də, bu görüşlərin heç biri 11-ci günə təsadüf etməyib. Ümumilikdə, bu ay 4 qələbə qazanan futbolçularımızın hesabında 5 heç-heçə və 6 məğlubiyyət var.
Beş dəfə avqustda öz meydanında oynayan komandamız 3 seçmə, 2 yoxlama oyununda qüvvəsini sınayıb. Avqustda ölkəmizdə baş tutan yoldaşlıq oyunlarının hər ikisində qalib gələn meydan sahibləri olub. Gürcüstanı Gəncədə, Özbəkistanı Bakıda üstələyən komandamız bu ənənəni davam etdirməlidir.
Azərbaycan yığması avqustda
16.08.1995 Slovakiya 0:1 e (Avro-1996-nın seçmə oyunu)
31.08.1996 İsveçrə 1:0 e (DÇ-1998-in seçmə oyunu)
19.08.1997 Latviya 0:0 s
12.08.1998 Gürcüstan 1:0 e
18.08.1999 Özbəkistan 1:5 s
08.08.2002 İran (U-23) 2:2 s
10.08.2002 İran 1:1 s
21.08.2002 Özbəkistan 2:0 e
18.08.2004 İordaniya 1:1 s
17.08.2005 Albaniya 1:2 s
15.08.2006 Ukrayna 0:6 s
22.08.2007 Tacikistan 3:2 s
20.08.2008 İslandiya 1:1 s
27.08.2008 İran 0:1 s
12.08.2009 Almaniya 0:2 e (DÇ-2010-nun seçmə oyunu)
Maraqlıdır ki, yığmamızın bu ənənəsi Küveyt üçün də eyni baxımdan münasibdir. Yəni qələbəmiz onların da avqust ənənəsinin qırılmamağına kifayət edəcək. Çünki ərəblər tarixləri ərzində ilin 8-ci ayında heç vaxt qələbə qazanmayıblar.
Küveyt yığması avqustda
14.08.1975 Çin 3:3 s
03.08.2001 Trinidad və Tobaqo 1:1 e
05.08.2001 KXDR 1:1 s
26.08.2004 Bəhreyn 0:0 s
17.08.2005 Özbəkistan 2:3 s (DÇ-2006-nın seçmə oyunu)
16.08.2006 Avstraliya 0:2 s (Asiya çempionatı-2007-nin seçmə oyunu)

0
0