Azarkeşlərə qadağa: stadiona girmək olmaz!
10.08.2010 - 13:21
Azarkeşlərə qadağa: stadiona girmək olmaz!
Fransa polisi 250 futbol azarkeşinin stadionlara girişinə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, buna Fransa çempionatının ilk turunun qalmaqalla nəticələnən PSJ – “Sent-Etyen” görüşü səbəb olub.

Hələ oyun başlamazdan əvvəl polislə dava-dalaşa başlayan azarkeşlərin özbaşınalığı ilə mübarizə aparan asayiş keşikçiləri PSJ-nin 248, qonaqların isə 2 azarkeşini həbs etmişdi. Onların Fransa stadionlarına daxil olması qadağan olunub. Qalmaqalçılardan ən fəal olan 4-ü isə hələ məhkəmə qarşısında da cavab verəcək.

Qeyd edək ki, PSJ qalmaqallı matçda 3:1 hesabı ilə qalib gəlib.