“Əfran İsmayılov mənə çox kömək edirdi” - FOTO
10.08.2010 - 13:37
“Əfranın zədələnməsi mənim üçün böyük itkidir. Hər ikimiz eyni cinahda oynadığımızdan, o mənə çox kömək edirdi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu müdafiəçisi Maksim Medvedev deyib.
Berti Foqtsun gəlişindən sonra əsas yığmaya çağırılan müdafiəçi Küveytlə matçın hazırlığına da cəlb edilib. Klubda Əfran İsmayılovla eyni cinahda çıxış edən Medvedev komanda yoldaşının zədələnməsinə təəssüflənməyə bilmir. Onun fikrincə, Əfran yığmadan çox “Qarabağ” üçün itkidir: “İnanıram ki, yığmada onu əvəzləyəcəklər. Əfran yığmadan çox “Qarabağ” üçün böyük itki oldu. Onunla yenidən tandem yaratmaq istəyirəm”.

0
0