Küveytlə oyuna yubiley arzusu ilə
10.08.2010 - 14:00
Sabah Küveyt milli komandası ilə görüşəcək Azərbaycan yığması tarixinin 167-ci oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 18 illik tarixi ərzində cəmi 29 qələbə qazanan komandamız ərəblərlə görüşə yubiley arzusu ilə çıxacaq. Son 3 qarşılaşmasında qələbə qazana bilməməklə, 30-cu uğuru hər dəfə təxirə salan futbolçularımız doğma azarkeşlər qarşısında buna nail olmalıdır.
30-cu qələbəni Bakıda qazanmağa çalışacaq Berti Foqtsun yetirmələri indiyədək 41 dəfə meydanı heç-heçə ilə tərk ediblər. 96 dəfə uduzan yığmamızın top fərqi də ürəkaçan deyil – 112:294.
Küveytlə qarşılaşma həm də 89-cu yoxlama matçı kimi tarixə düşəcək. Qələbələrinin çoxunu bu görüşlərdə qazanan millimiz 23 dəfə rəqiblərini məğlub edib. Daha 29 matçda “sülh”ə imza atan futbolçularımız 36 dəfə rəqibinə uduzub. Bu matçlardakı top fərqi də səviyyə fərqini göstərir – 81:120.

0
0