Avropa Liqasının finalı Gürcüstanda
10.08.2010 - 14:44
UEFA prezidenti Mişel Platini Gürcüstana 2 günlük səfəri başa çatıb. Apasport.az saytının məlumatına görə, səfərdə məqsəd 2013-cü ildə Avropa Liqasının final matçına ev sahibliyi etməklə bağlı olub.
Gürcüstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşən Platini bildirib ki, baş nazir Nikolos Qilauri ilə də eyni məsələni müzakirə edib: “Buraya gəlməyimdə əsas məqsəd Avroliqanın final mərhələsinin oyunu ilə bağlı idi. 2013-cü ildə qitənin həlledici matçının Gürcüstanda keçirilməsi mümkündür. Bu məsələ ilə bağlı futbol rəsmiləri ilə söhbət etmişik. Baş nazirlə də görüşdük və yekun qərar müzakirələrdən sonra UEFA-nın mənzil-qərargahında açıqlanacaq. Əgər heç bir problem olmazsa, bu Gürcüstan üçün çox əhəmiyyətli olacaq”.
UEFA prezidenti bu gün həmçinin Tiflis meri Qiqi Uqulava ilə də görüşüb. O, burada futbol üzrə Avropa Liqasının keçirilməsi üçün üç başlıca şərt irəli sürüb: aeroport müasir standartlara cavab verməli, mehmanxanaların sayı artmalı və idman-futbol meydançalarının olması.
Qiqi Uqulava da öz növbəsində Platiniyə bildirib ki, Tiflis şəhər meriyası göstərilən sahələrdə fəal işlər görür, idman meydançaları və aeroport məsələsi həll olunub. Mehmanxana məsələsinə gəlincə isə, bu sahədə çox işlər görülüb və bu təqdirəlayiq işlərin görülməsi yenə də davam etdirilir.

0
0