“Xəzər Lənkəran” yeni ölkə “kəşf etdi”
10.08.2010 - 15:15
Unibank Premyer Liqasının ilk turunda daha 3 futbolçu “Xəzər Lənkəran”ın heyətində debüt edib. Apasport.az saytının məlumatına görə, cənubluların “Qəbələ” ilə oyununda Stelian Stanku, Dieqo Ruiz və Tural Cəlilov ilk dəfə “ağ-yaşıl” formanı geyinib. Onlar adlarını bu matçadək 103 futbolçunun daxil olduğu siyahıya əlavə ediblər. Bununla, Lənkəran təmsilçisinin 6 illik tarixi ərzində ümumi oyunçu sayı 106-ya çatıb.
Debütantlardan ikisinin əcnəbi olması, klubun legionerlərinin də ümumi sayına təsir göstərib. “Qəbələ” ilə matçadək müxtəlif vaxtlarda 56 gəlmə futbolçuya bel bağlayan “Xəzər Lənkəran”ın formasını ilk dəfə geyinən Ruiz və Stanku da həmin siyahıya daxil oldular. Bu isə o deməkdir ki, komandanın legionerlərinin sayı 58-ə yüksəlib.
Rumıniya vətəndaşı olan Stanku ölkəsinin klubdakı 6-cı oyunçusu olub. Katalin Lita, Robert İlyeş, İonut Savu, Daniel Muntyanu və Klaudiu Radukanunun davamçısı olan Stelian Rumıniyanın təmsilçiliyə görə “Xəzər Lənkəran”ın tarixində 3-cü olmasına imkan verib. Bu ölkə yalnız Türkiyə və Braziliyadan geri qalır.
Ruizin vətəni isə “Xəzər Lənkəran”da oyunçu ilə təmsil olunan yeni ölkədir. Belə ki, indiyədək heç bir argentinalı klubun formasını geyməmişdi. Bununla da Lənkəran klubuna gələn legionerlərin coğrafiyası daha da genişlənib. Artıq belə ölkələrin sayı 23-ə çatıb. Yəni, Argentina “Xəzər Lənkəran”ın “kəşf etdiyi” 23-cü ölkə olub: Türkiyə 9, Braziliya 8, Rumıniya 6, Belarus 5, Serbiya 5, Bolqarıstan 4, Albaniya 2, Gürcüstan 2, Kolumbiya 2, Litva 2, Çexiya 1, Estoniya 1, Fransa 1, Honduras 1, İsveç 1, Kot d’ivuar 1, Moldova 1, Nigeriya 1, Portuqaliya 1, Qana 1, Rusiya 1, Slovakiya 1, Argentina 1.
Mənbə: lankaranfc.com

0
0