“Qəbələ” – “Neftçi” görüşünün vaxtı məlum oldu
10.08.2010 - 15:52
“Qəbələ” – “Neftçi” görüşünün vaxtı məlum oldu
Unibank Premyer Liqasının II turunun oyunlarının başlama saatları məlum olub. Apasport.az saytının məlumatına görə, bu dəfə turun mərkəzi qarşılaşması da saat 18:00-da başlayacaq. Belə ki, avqustun 15-də baş tutacaq "Qəbələ" - "Neftçi" görüşünün vaxtı dəyişdirilməyib. Qəbələ şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək matç “Lider” TV ilə də yayımlanacaq.

Qeyd edək ki, ötən turun iki oyunu saat 20:00, bir matçı isə 21:00-da başlamışdı.