Julio Sezarın “Bakı”ya keçidi baş tutmadı
10.08.2010 - 17:02
Məşhur braziliyalı futbolçu Julio Sezarın “Bakı” klubuna keçidi baş tutmayıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Türkiyəli futbol funksionerinin sözlərinə görə, keçidin baş tutmamağına vaxtilə “Real” və “Milan”da oynamış ulduzun vədinə əməl etməməyi səbəb olub.
Belə ki, İspaniya təmsilçisində Çempionlar Liqasının qalibi olmuş müdafiəçi artıq Bakını tərk edib: “Braziliyalı dünən axşam Azərbaycana gəlmişdi. Onunla görüşüb söhbət etdik. Amma ortaq məxrəcə gələ bilmədik. Düzdür, biz Sezarla hələ o, bura gəlməmişdən ilkin razılıq əldə etmişdik. Lakin Bakıya gələndən sonra cənubi amerikalı həmin şərtlərin dəyişdirilməsini istədi. O, həm maliyyə, həm də digər məsələlərə yenidən baxılmasını istəyirdi. Bu isə bizim klubun fikirləri ilə üst-üstə düşmürdü. Ona görə də legioneri geri yola salmalı olduq”.
Afşar bildirib ki, “transfer pəncərəsi”nin bağlanacağı 31 avqust tarixinə qədər yeni futbolçular cəlb olunacaq: “Sezarın keçidi alınmadısa, başqa legionerlərlə danışıqlarımız davam edir. Yəqin ki, yenə transferlərimiz olacaq. Özünüz görəcəksiniz. Təxminən bir həftəyə hər şey məlum olacaq. Adlarını çəkmək istəmirəm”.
Qeyd edək ki, hələlik 24 futbolçunu sifariş edən “Bakı”nın heyətində ikisi milliləşən olmaqla 17 legioner var.

0
0