“Borussiya”nın “casusu” Bakıda gördüklərindən danışdı
10.08.2010 - 18:00
“Bakıda yeganə problem hava şəraiti ilə bağlıdır. Biz orada olarkən, 37 dərəcə isti var idi. Futbolçular rahat oynaya bilmirdilər. Görüşümüzün başlayacağı vaxtda, saat 21:00-da da hava öz təsirini göstərəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Dortmundun “Borussiya” klubunun Bakıya səfərini təşkil edəcək “Best Travel” turizm şirkətinin agenti Tomas Hess deyib.
Unibank Premyer Liqasının I turunda “Neftçi” – “Qarabağ” oyununu Ağdam təmsilçisinin Avroliqadakı rəqibi olan “Borussiya”nın məşqçisi Peter Kravietz və turizm şirkətinin agenti Tomas Hess də izləyib. Avqustun 8-9-da paytaxtımızda olan alman qonaqlar ilkin olaraq Qurban Qurbanovun yetirmələrinin oyunundan deyil, Bakı şəhəri barədə topladıqları məlumatları veriblər.
Hess bildirib ki, Dortmunddan 3500 km aralıda yerləşən Azərbaycan paytaxtı çox bahaçılıqdır: “Bakı neft və qaz hasil edən bir şəhərdir. Amma gözəlliyinə görə digər şəhərlərdən fərqlənir. Bir sıra yeni tikintilər gedir. Bütün bunlara baxmayaraq, orada qiymətlər çox bahadır. Məsələn, bizdən kabab və 2 içkiyə görə 34 avro aldılar. Hətta bəzi yerlərdə pivəni 5 avroya satırdılar. Bakıda kofe və çayın qiymətinin bir qədər aşağı olduğunu deyə bilərəm. Lakin mağazalarına fikir verdikdə, yaxşı alış-verişin getdiyinin şahidi olursan”.
Qeyd edək ki, “Qarabağ” və “Borussiya” arasında oyun paytaxtımızda avqustun 26-da keçiriləcək.

0
0