“Anji” çətin vəziyyətlə üzləşib
10.08.2010 - 17:19
 “Anji” çətin vəziyyətlə üzləşib
Rusiyanın “Anji” klubu çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, MOİK-lə görüşə hazırlaşan Mahaçqala təmsilçisinin heyətində hazırlıq keçməyə cəmi 16 futbolçu qalıb.

Komandanın çox vaxt əsas heyətində yer alan 6 oyunçusu ölkələrinin yığmasına çağırıldığı üçün “Anji” tam heyətlə məşq edə bilmir. Klubdan ayrılan futbolçular arasında Azərbaycan milli komandasının üzvü Mahir Şükürov da var.

Qeyd edək ki, həmyerlimizin klubu MOİK-lə avqustun 15-də səfərdə üz-üzə gələcək.