Mircavadovun baxışa çağırdığı futbolçu “Xəzər-Lənkəran”da
10.08.2010 - 23:07
Mircavadovun baxışa çağırdığı futbolçu “Xəzər-Lənkəran”da
“Xəzər Lənkəran” daha bir futbolçunun transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, cənublular rumın müdafiəçi Adrian Yordaşe ilə anlaşıb. Bu futbolçu 2 il “ağ-yaşıllar”ın şərəfini qoruyacaq.

Arxa xətt oyunçusu hələ Ağasəlim Mircavadovun baş məşqçiliyi dövründə baxışa çağırılmışdı. Almaniyada təlim-məşq toplanışı zamanı sınanan Adrian yalnız həmyerlisi Mirça Rednikin baş məşqçi postuan gəlməsindən sonra transfer olunub.

1.87 m boya malik legionerin karyerası daha çox vətəninə bağlıdır. 30 yaşlı Adrian Rumıniyada “Papid”ə qədər “Arceş”, “Otselul”, “Dinamo” kimi klublarda, Rusiyada “Şinnik”, Kiprdə “Alki”, AEL-də oynayıb.