Maskerano Liverpuldan getmək istəyir
10.08.2010 - 22:47
Maskerano Liverpuldan getmək istəyir
"Liverpul" və Argentina yığmasının yarımmüdafiəçisi Xavyer Maskerano karyerasını "Barselona"da davam etdirməyə sevinərdi. Apasport.az saytının xəbərinə görə, bunu futbolçunun agenti Orasio Zandonadi söyləyib: "Maskeranonu "Barselona" transfer etsəydi, hamımız buna sevinərdik. "Liverpul" da Sesk Fabreqasla müqayisədə Xavyer üçün iki dəfə az pul istəyir. Maskerano "Liverpul"la müqaviləsinin vaxtını uzatmayıb. Klub ona yayın sonunadək yeni komanda tapmağa söz verib".

Maskeranonun özü isə dünən bir daha bildirib ki, transferi ilə bağlı ciddi təkliflər olarsa, onları müzakirə etməyə hazırdır.