Londonda sensasiya
11.08.2010 - 09:16
Qitə çempionatlarının seçmə mərhələlərinə hazırlaşan milli komandalar növbəti yoxlama oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, planetin əksər yığmaları bu gün qüvvəsini sınayacaqsa, bəzi komandaların oyunları arıq baş tutub. Belə ki, 4 komanda digərlərindən bir gün əvvəl meydana çıxmağa qərar verib.
Sensasiya İngiltərənin paytaxtı Londonda keçirilən matçda qeydə alınıb. Dünya çempionatının uğursuzlarının görüşündə İtaliya Kot d’İvuar yığmasına uduzub. Apenninlilərin yeni baş məşqçisi Çezare Prandellinin bu postdakı debüt oyununda afrikalıların yeganə qolu həlledici olub – 0:1.
Günün digər matçında isə Avropa və Asiya təmsilçiləri qarşılaşıblar. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoya səfər edən Qətər millisi meydan sahiblərinin hesabı açdığı qarşılaşmada tarazlıq yarada bilib.
Yoldaşlıq oyunları
İtaliya – Kot d’İvuar – 0:1
Kolo Ture, 54
Bosniya və Herseqovina – Qətər – 1:1
İbişeviç, 9 – Mayed, 60

0
0