“Bu cür vəziyyətdə psixoloji gərginliyin olması qaçılmazdır”
11.08.2010 - 10:03
“Bəzi futbolçularımız gənc olduğundan, meydanda həyəcanlı idilər. Hətta elə futbolçu var ki, Premyer Liqada ilk oyununu keçirirdi. Bu cür vəziyyətdə psixoloji gərginliyin olması qaçılmazdır. Çalışacağıq ki, qarşıdakı görüşlərdə bir qədər toparlanaq və adımıza layiq futbol oynayaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun futbolçusu Vurğun Hüseynov deyib.
Cari mövsümə uğursuz start verən Tovuz təmsilçisi evdə “İnter”ə böyük hesablı məğlubiyyətdən qaça bilmədi. Qapısından 3 cavabsız top buraxan əyalət təmsilçisi bunu qarşıdakı turlarda sığortalamağa çalışacaq: “AZAL Premyer Liqanın güclü klublarındandır. Mövsümlərarası fasilədə heyətlərini gücləndirmək üçün yeni futbolçularla müqavilə imzaladılar, Türkiyədə hazırlıq keçdilər. Bunu deməklə, onlara məğlub olacağımızı düşünmək olmaz. Əzmkar komandamız var. Yəqin ki, “Turan” çıxıb meydanda öz sözünü deyəcək. Əslində, AZAL-ın oyunun favoriti hesab edilməsi bizim xeyrimizədir”.
Hüseynov ilk turda iddialı “Bakı” üzərində qələbə qazanan AZAL-dan çəkinmədiklərini və meydana ancaq qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Birinci turda istənilən nəticənin qeydə alınması normaldır. Sürprizlərdən qaçmaq mümkün deyil. AZAL həqiqətən də yaxşı komandadır. Nazim Süleymanov əla kollektiv formalaşdırıb. Biz də zəif deyilik. Mövsüm yeni başlayıb. “Turan”da öz sözünü deyəcək”.

0
0