Tuyqun Nadirov: Onu Ağasəlim Mircavadov da komandada görmək istəyirdi - MÜSAHİBƏ
11.08.2010 - 10:16
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi
- Komandanız mövsümə uğurlu start verdi. Doğma meydanda qarşılaşdığınız “Qəbələ” ilə oyun barədə nə deyə bilərsiniz?
- Fikrimcə, turun ən baxımlı və maraqlı oyunlarından, bəlkə də ən yaxşılarından biri idi. Turun bir neçə görüşünü həm televiziya vasitəsilə, həm də stadiondan izləmişəm. Buna görə də “Xəzər-Lənkəran” – “Qəbələ” matçını əminliklə turun ən yaxşı oyunu hesab etmək olar. 10 mindən çox azarkeş qarşılaşmanı stadiondan izlədi. “Qəbələ” məğlub olmasına baxmayaraq, zəif komanda deyil və çempionatda öz sözünü deyəcək.
- Rumıniyalı baş məşqçi Mirça Rednikin öz dəsti-xətti hiss olunurdumu?
- Əlbəttə. Komanda tamamilə başqa oyun sərgilədi. Həm yeni transferlər, həm də əvvəlki futbolçular baş məşqçinin verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırdılar. Yeni transferlərimizin adları dillər əzbərinə çevrilib. Bu da onların sərgilədiyi oyunun nəticəsi idi. Rednikin təyinatından sonra komandamızın heç bir yoxlama oyunu keçirmədən “Qəbələ”ni məğlub etməsi çox şeydən xəbər verir. Elə futbolçularımız var ki, cəmi 10 gün əvvəl komandanın düşərgəsinə qoşulublar. Buna rəğmən, “Xəzər Lənkəran” yaxşı oyun nümayiş etdirdi.
- Transfer çalışmaları necə, davam edəcəkmi?
- Adrian Yordaşe artıq ölkəmizə gəlib. Onunla yaxın günlərdə iki illik müqavilə imzalanacaq. Sözün düzü, Adrianla iyunun 15-dən danışıqlar aparırıq. Rumıniyada seçilən futbolçulardandır. Yordaşeni heyətimizdə görməyi çox istəyirdik. Hələ baş məşqçi Ağasəlim Mircavadov olan vaxtdan klub rəhbərliyi onunla danışıqlar aparırdı. Çünki Ağasəlim müəllim də onun xidmətində maraqlı idi. Futbolçunun özü ilə razılığa gəlsək də, transfer hüquqları başqa kluba məxsus idi. Buna görə də məsələ uzanırdı. Nəhayət, bu həftə danışıqlar müsbət sonluqla yekunlaşdı.
- Artıq müqavilə imzalamısınız?
- Xeyr. Futbolçu dünən gecə ölkəmizə gəlib. Böyük ehtimalla 2 illik anlaşmaya imza atacağıq.
- Yeni transferlər olacaqmı?
- Bu baş məşqçinin istəyindən asılıdır. Əgər hansısa mövqeni gücləndirmək üçün yeni oyunçunun transferinə ehtiyac duysa, niyə də olmasın?
- Devran Ayhan və Emeka Opara ilə bağlı komandanıza müraciət edən olubmu?
- Hər iki futbolçu transferə çıxarılıb. Devran ola bilsin ki əvəzedici komandanın hazırlığına qoşulsun. Türkiyəli futbolçu klubumuza hər zaman can-başla xidmət edib. Biz də bunun nəzərə alıb, onun əvəzedici komandaya qoşulmasına şərait yaradacağıq. Ola bilsin, “transfer pəncərəsi” bağlanana qədər özünə yeni komanda tapsın.

0
0