“Diabatenin “Xəzər Lənkəran”a keçidi 2 günə həll olunmalıdır”
11.08.2010 - 10:30
21 yaşadək futbolçulardan ibarət Kot d’İvuar millisinin futbolçusu Zie Diabatenin “Xəzər Lənkəran”a keçidinin həll olunmaq üzrə olduğu təsdiqlənib. Apasport.az saytının məlumatına görə, müdafiəçinin şərəfini qoruduğu Buxarest “Dinamo”sunun baş məşqçisi İoan Andone afrikalının karyerasını Azərbaycanda davam etdirəcəyini söyləyib.
O bildirib ki, sol cinah oyunçusu artıq Azərbaycana səfərlə bağlı sənədləşmə işləri ilə məşğuldur: “Zie Diabatenin “Xəzər Lənkəran”a keçidi 2 günə həll olunmalıdır. Bu da futbolçumuzun Azərbaycana viza məsələsi ilə bağlıdır. Bunun həlli üçün Zie Fransaya yollanıb. O, bu müddət ərzində aldığı təklifi bir daha müzakirə də edə bilər”.
Qeyd edək ki, Diabate 2008-ci ilin aprelindən Buxarest təmsilçisində çıxış edir.

0
0