Kristof Daum yenidən Türkiyəyə qayıdır
11.08.2010 - 10:42
Kristof Daum yenidən Türkiyəyə qayıdır
“Fənərbaxça” ilə yollarını ayıran Kristof Daum yenidən Türkiyəyə qayıdır. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis qonşu ölkədə bu dəfə baş məşqçi kimi deyil, şərhçi kimi çalışacaq.

Türkiyənin məşhur TRT telekanalı Daumun bir günlük şərhinə 300 min avro təklif edib. Lakin məşqçi bu təklifə hələ rəsmi cavab verməsə də, sözləşməni imzalamaq üçün vaxt istəyib.

Qeyd edək ki, almaniyalı çalışdırıcının yenidən Türkiyəyə dönməsi “Fənərbaxça” rəsmilərinin də hərəkətə gətirib. Onlar bu sözləşmənin baş tutmaması üçün ciddi hərəkətə keçiblər.